Dövlət Vergi Xidməti bir gün elektron xidmətlər göstərməyəcək

İyunun 7-də saat 10.00-dan 24.00-a qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsinin (https://www.e-taxes.gov.az/, https://new.e-taxes.gov.az) təqdim etdiyi elektron xidmətlərdən istifadə etmək mümkün olmayacaq.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyib.

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50