Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana səfərə gələcək.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumatda bildirilir ki, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Qaraçay-Çərkəz arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.
Nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə olacaq.