“PMD Group”a daha 4 şirkət qoşulub

“Zərgər” Müəssisəsi, “Orucoğlu”, “Fido” və “Xəzri Rezidens” MMC-lər ləğv olunaraq “PMD Group” MMC-yə qoşulduqlarını elan ediblər.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar “PMD Group” yenidən təşkil olunur.

Xatırladaq ki, bundan əvvəl ötən il “PMD Group”a 15, bu il 4 şirkət qoşulub. Şirkət "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Digər xəbərlər