“PMD Group”a daha 4 şirkət qoşulub

“Azterminal-1” firması, “Azcapital Holdings”, “Çiraq-M” və "CNG Autogas” MMC-lər ləğv olunaraq “PMD Group” MMC-yə qoşulur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Son nəticədə “PMD Group” yenidən təşkil olunur.

Xatırladaq ki, 2021-ci ildən “PMD Group”a daha 15 şirkət qoşulmuşdu.

Ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC 2013-cü ildən fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyət istiqamətləri - aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyulması və daşınmaz əmlakın idarə olunması.

Bu kommersiya qurumu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Digər xəbərlər

Yerli brend qlobal arenada 18 dekabr, 2025 / 15:08
Ənənəvi dadların qlobal səfəri 17 dekabr, 2025 / 15:03