Bu ilin I yarısında Naxçıvan MR-da 2 936 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Qeydiyyata alınmış vergi ödəyicilərinin 88,3 %-i fiziki, 11,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.
6 ay ərzində kommersiya qurumlarının 55,4 %-i elektron qaydada, 44,6 %-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyektlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 353 vahid olub.