Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki "Lənkəran Reabilitasiya Mərkəzi" nizamnamə kapitalını azaltdığını elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Bununla belə, azalmanın nə qədər olacağı açıqlanmayıb.
"Lənkəran Reabilitasiya Mərkəzi" 2006-cı ildə dövlət qeydiyyatına alınıb, publik hüquqi şəxsdir. Hazırda onun nizamnamə kapitalı 10,339 milyon manatdır.