İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Laçın Abadlıq Xidməti" MMC-ni dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Laçın şəhəri, İ.Mirzəyev küçəsi, 53, nizamnamə kapitalı 4 min manat, qanuni təmsilçisi isə Rauf Cavanşir oğlu Əsədovdur.