İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalanıb.
"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində bildirib.
"Sənədin Azərbaycan KOB-ları ilə türk dünyası ölkələrinin sahibkarları arasında #iznes əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırıq. Türk Ticarət Mərkəzinin fəaliyyəti ilə də tanış olduq", - deyə o qeyd edib.