"İnnovativ Layihələr Mərkəzi" təşkilati-hüquqi formasını dəyişir

"İnnovativ Layihələr Mərkəzi" QSC təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "İnnovativ Layihələr Mərkəzi" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı istehsalçıların avadanlıqları və proqram təminatlarının təchizatçısıdır.

Digər xəbərlər