Hindistan Çin də daxil olmaqla bir sıra ölkələrin istehsalı olan mallara idxal rüsumunu azaldıb

Bakı. 3 iyul. REPORT.AZ/ Hindistan Asiya-Sakit Okean ticarət razılaşması (Asia Pasific Trade Agreement, APTA) çərçivəsində Çin də daxil olmaqla bir sıra ölkələrin istehsalı olan mallara idxal rüsumunu azaldıb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Rəsmi Dehli hesab edir ki, bu addım Asiya- Sakit okean regionunda ticarətin fəallaşmasına imkan verəcək. Yeni tariflərin tətbiqinə iyulun 1-dən başlanılıb.

Xatırladaq ki, bundan əvvəl iyunda Çin Hindistan və bir sıra APTA ölkələrindən mallar üçün idxal rüsumunu aşağı saldığını elan edib. 

Digər xəbərlər