Gürcüstanın xaricə satdığı dondurulmuş balığın yarıdan çoxu Azərbaycanın payına düşüb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 165 min ABŞ dolları dəyərində dondurulmuş balıq ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 54 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın dondurulmuş balıq ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 319 min ABŞ dolları dəyərində dondurulmuş balıq satıb ki, bu da bir il əvvəlki göstəricidən 24 % çoxdur.

Ötən ay Gürcüstandan Ermənistana 134 min ABŞ dolları, Ukraynaya isə 20 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,9 milyon ABŞ dolları dəyərində dondurulmuş balıq ixrac edib ki, bunun da 1,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər