İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 67 nəqliyyat vasitəsi satılıb.
"Report" quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 10 000 manat olan "Hyundai ix-35" markalı avtomobil 15 300 manata, ilkin qiyməti 5 000 manat olan "Ford Transit" markalı mikroavtobus isə 9 200 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 11, 17 və 24 noyabrda olacaq. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.