Çin krossoveri Böyük Britaniyada ən çox satılan avtomobil oldu!

Avropanın avtomobil bazarında yeni rəqabət mərhələsi başlayıb. Bunun diqqətçəkən nümunəsi Böyük Britaniyadır. 2026-cı ilin sentyabrında Çinin "JAECOO 7" modeli 10 814 qeydiyyatla ölkədə ən çox satılan yeni avtomobil olub. Model ilin ilk doqquz ayının nəticələrinə görə isə 39 474 qeydiyyatla "Ford Puma"dan sonra ikinci yerdə qərarlaşıb.

OMODA və JAECOO brendlərinin sentyabrda ümumi qeydiyyat sayı 22 296 avtomobilə çatıb. İllik artım 106 %, bazar payı isə 6,37 % təşkil edib.

Bu nəticələr göstərir ki, avropalı alıcıların seçimində qiymət, texnologiya, zəmanət və təchizat balansı getdikcə daha vacib rol oynayır. "JAECOO 7 PHEV" versiyasının Euro NCAP sınaqlarında 5 ulduzlu reytinq alması da modelin təhlükəsizlik göstəricilərinə diqqəti artırır.

Bu dəyişiklik Azərbaycana da gəlib çatıb. OMODA və JAECOO-nun rəsmi distribütoru IMOTORS vasitəsilə "JAECOO J7" və "JAECOO J8", "OMODA 7" modelləri yerli bazarda təqdim olunur.

Britaniyadakı nəticələr bir məqamı aydın göstərir: avtomobil bazarında rəqabət artıq yalnız ənənəvi markalar arasında getmir.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34