Cevdet Yılmaz: "Çindən Avropaya uzanan ticarət əlaqələri Türkiyə və Azərbaycanın ittifaqı ilə formalaşacaq"

Çin səddindən Avropaya uzanan ticarət əlaqələri Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə formalaşacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu dəhliz diqqətləri Xəzərdən keçən "Şərq–Qərb" marşrutuna yönəldir: "Bu istiqamətdə potensialı dayanıqlı logistika arxitekturasına çevirmək məhz bizim əlimizdədir. Beləliklə, Çin səddindən Avropaya uzanan ticarət əlaqələri Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə formalaşacaq. Şuşa Bəyannaməsi ilə hüquqi çərçivəyə salınmış müttəfiqliyimiz iqtisadiyyatdan sənayeyə, təhsildən səhiyyəyə qədər bütün sahələrdə dərinləşməlidir.

C.Yılmaz vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın əsas məqsədi ortaq istehsal, investisiya və üçüncü ölkələrdə birgə layihələr həyata keçirmək imkanına nail olmaqdır: "Bu məqsədə doğru irəliləyərkən işgüzar dairələr qarşısındakı bürokratik maneələrin aradan qaldırılması, gömrük və logistika proseslərinin sürətləndirilməsi əsas prioritetimiz olacaq. Digər tərəfdən, Türkiyənin üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi investisiyalar da nəzərə alındıqda, Azərbaycanın Türkiyədəki investisiyaları təxminən 21 milyard ABŞ dollarına, Türkiyənin Azərbaycandakı investisiyaları isə 18 milyard ABŞ dollarına çatıb".

Digər xəbərlər