Dünya Bankı bu il Azərbaycanın xidmətlər sektorunda 9 %-lıq artım proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, bu göstəricinin, gələn il 6,2 %, 2023-cü ildə isə 5 % səviyyəsində reallaşması gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında Azərbaycanın xidmətlər sektoru 6,4 % böyüyüb.