2023-cü ildə Braziliyadan Azərbaycana 18,7 milyon ABŞ dolları dəyərində tütün və tütün məhsulları ixrac edilib.
“Report” Birləşmiş Millətlər Təşkilatının “COMTRADE” beynəlxalq ticarət məlumat bazasına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 28,3 % azdır.
Qeyd olunub ki, Braziliyadan Azərbaycana tütün və tütün məhsullarının ixracı son 10 il ərzində ən çox 2022-ci ildə (24 milyon ABŞ dolları), ən azı isə 2016-cı ildə (97,3 min ABŞ dolları) qeydə alınıb.
Ötən il Braziliyadan Azərbaycana ixracın dəyəri 27,7 milyon ABŞ dolları təşkil edib.