Bakı. 12 iyun. REPORT.AZ/ "Əsas diqqəti BMT - Azərbaycan tərəfdaşlığına yönəltmişik".
"Report" xəbər verir ki, bunu BMT - Azərbaycan tərəfdaşlığı çərçivəsində İstiqamətləndirici Komitənin iclasında BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib.
O, 2019 -cu ildə Azərbaycanın təqdim edəcəyi hesabatdan əhəmiyyətli nəticələr gözlədiklərini bəyan edib.
BMT rəsmisi əsas üstünlüyün qarşılıqlı təcrübənin bölüşdürülməsinə istiqamətləndiyini deyib.