İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bir Tam" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” bu barədə Xidmətin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 40-42/60, ev 1 mənzil 28, nizamnamə kapitalı 501 min manat, qanuni təmsilçisi isə Azər Akif oğlu Məmmədovdur.