Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb

2024-cü ildə Bakıda ticarət dövriyyəsinin dəyəri 37 milyard 756,2 milyon manat olub ki, bu da 2023-cü illə müqayisədə 4,6 % çoxdur.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata göprə, ötən il paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 % artaraq 21 milyard 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 8,6 % artaraq 16 milyard 416,8 milyon manat olub.

İstehlak məhsullarının 32,8 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

2024-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

Digər xəbərlər

BRAVO: 10 İlin Parıltısı 23 aprel, 2026 / 17:00