Bakıda ticarət dövriyyəsi 4 % artıb

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % artaraq 10 milyard 109 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 % artaraq 5 milyard 120,8 milyon manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 4,5 % artaraq 4 milyard 988,2 milyon manat olub.

İstehlak məhsullarının 37,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 34,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Digər xəbərlər