İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Balbadem Group" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəz ev 38a-dır.
Şirkətin nizamnamə kapitalı 1 milyon 585,5 min manat təşkil edir, qanuni təmsilçisi isə Alim Nazim oğlu İbadovdur.