Bakıda kommersiya obyektləri bahalaşıb

Bu ilin oktyabr ayında paytaxtın kommersiya obyektləri bazarında satış qiymətləri 2,34 % artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda 28,44 % bahalaşma müşahidə edilib.

Ay ərzində ticarət məqsədli kommersiya obyektlərinin satış qiymətində 6,7 % artım, boş yerlərin satış qiymətində 0,85 % azalma, xidmət sahələri üçün olan obyektlərin satış qiymətində 6,12 % azalma, ofis məqsədli obyektlərin satış qiymətində 9,34 % azalma, zirzəmi və y/zirzəmi formasında olan obyektlərin satış qiymətində 9,84 % azalma, istehsal sahələri üçün nəzərdə tutulan obyektlərin satış qiymətində isə 1,97 % artım olub.

Obyektlərin icarə qiymətləri isə ay ərzində 18,6 % (orta qiymət, manat/kv.m), il ərzində isə 20,56 % artıb.

Digər xəbərlər