Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 88,2 % artaraq 96,1 milyon manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, 2 aylıq dövriyyəsinin 83,9%-i və yaxud 80,6 milyon manatı hüquqi şəxslərin payına düşüb.