İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Ribat" QSC-ni dövlət qeydiyyatına alıb.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, nizamnamə kapitalı 693 min manat, qanuni təmsilçisi isə Həmzət İsmayil-Əfəndiyeviç İsmiyevdir.