"Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan olunmasına dair ərizə ilə əlaqədar Ali Məhkəmənin icraatındakı kommersiya işi üzrə şifahi məhkəmə baxışı iyunun 1-i saat 11:05-ə təyin edilib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, debitor və kreditorlar Ali Məhkəməyə müraciət edə bilərlər.