"Azərsun Holdinq" MMC yenidən təşkil olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb "Media Balans" MMC-nin ona qoşularaq ləğv olunmasıdır.
Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 134 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Media Balans" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 min manatdır.