Ötən il Azərbycanda istehlakçıların kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına çəkdiyi xərc 23,2 % artaraq 439,7 milyon manata çatıb.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 1 %-i bu məhsulların alınmasına sərf olunub.
Xatırldaq ki, bu məhsullar üzrə pərakəndə ticarət dövriyyəsi 2020-ci ildə 344,7 milyon manat olub. 2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.