Azərbaycanın Türkiyədən qara və əlvan metalların idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 37,359 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Təkcə aprel ayında Türkiyə Azərbaycana 9,742 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,3 % azdır.

4 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 3,923 milyard ABŞ dollarına, aprel ayında isə 7,8 % azalaraq 0,919 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər