"Agroterm" MMC nizamnamə kapitalını 2 100 000 manat və yaxud 9,4 % azaldaraq 22 362 455 manatdan 20 262 455 manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Agroterm" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət pomidor istehsalı ilə məşğuldur.