Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyinə (14,5 milyon ABŞ dolları) məxsus olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə "MKT İstehsalat Kommersiya" MMC (13,8 milyon ABŞ dolları), "LEPIN LM " MMC (9,5 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (6,8 milyon ABŞ dolları), "Export Stream" MMC (6,2 milyon ABŞ dolları), "Avrora" MMC (5,5 milyon ABŞ dolları), "Sahdag SY" (5,1 milyon ABŞ dolları), "6LSYSTEMS" MMC (5 milyon ABŞ dolları), "AGRARCO" MMC (5 milyon ABŞ dolları) və "KHAN-EL" MMC (4,8 milyon ABŞ dolları) qərarlaşıb.

Digər xəbərlər