Azərbaycanın karbamid ixracı 2023-cü ildəkini üstələyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 89 milyon 900 min ABŞ dolları dəyərində karbamid ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,4 % çoxdur.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 83 milyon ABŞ dolları məbləğində karbamid ixrac edib.

Digər xəbərlər