"Konnekt" MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Konnekt" MMC 2005-ci ildə yaradılıb, Azərbaycanın aparıcı kabel televiziyası operatorudur. Onun nizamnamə kapitalı 150 manatdır.