Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq

Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün  Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş keçirilməsi nəzərdə tutulur: "Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın müvafiq təmsilçiləri iştirak edəcəklər. Çindən gələn yüklərin daşınmasında bu, yeni marşrut xətti ola bilər".

Digər xəbərlər