Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 907 ton qarğıdalı idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə qarğıdalının dəyəri 9 milyon 122 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərclər ölkənin ümumi idxal xərclərinin 0,1 %-i qədər olub.