Azərbaycanın aparıcı sement istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 19-da, saat 11:00-da "Norm" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), 7-ci km, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin Direktorlar Şurasına yeni üzv təyin edilməsi və Şuranın tərkibinin təsdiq edilməsi, cəmiyyətin strateji layihələrinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi, cari fəaliyyətlə bağlı digər məsələlərin müzakirə edilməsi daxildir.

Xatırladaq ki, "Norm" 2006-cı ildə yaradılıb, ölknin aparıcı sement istehsalçılarından biridir. Onun nizamnamə kapitalı 161,962 milyon manatdır.

Digər xəbərlər