Azərbaycanın aparıcı pomidor ixracatçısı “Agroterm” MMC nizamnamə kapitalını 1 milyon manat və yaxud 4,05% azaladaraq 24,712 milyon manatdan 23,712 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində (055) 310-94-81 nömrəli telefona zəng etməklə bildirə bilərlər.
Xatırladaq ki, “Agroterm” 2017-ci ildə yaradılıb. Şirkət 2020-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Rusiyaya pomidor ixrac etmək üçün icazə alıb.