Azərbaycanın aparıcı əczaçılıq şirkəti “Zeytun Pharmaceuticals” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Zeytun Pharmaceuticals” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 600 manatdır.