Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 2 dəfə artıb

Bu günə qədər Azərbaycanda 49 548 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-oktyabr aylarında onlarla dövriyyənin dəyəri təxminən 12,5 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50