Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 5 min 813,5 ton qaymaq və xama istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 4,1 % azalaraq 30 min 614,6 tona çatıb.
Avqustun 1-nə respublikada 67,3 ton pendir və kəsmik ehtiyatı yaranıb.
Xatırladaq ki, 7 ayda Azərbaycanda 3 milyard 13,3 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,6 % çoxdur.