Bu ilin yanvar-fevral aylarında Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 4,359 milyon ABŞ dolları dəyərində 7,648 milyon ton idxal-ixrac yükü daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3 % və 16,9 % çoxdur.
O cümlədən, 2 ay ərzində stasionar nəqletmə vasitələri ilə 33 min ABŞ dolları dəyərində 138 min ton məhsul idxal olunub, 4,326 milyon ABŞ dolları dəyərində 7,51 milyon yük ixrac olunub.
Hesabat dövründə idxal olunan yüklərin dəyəri 71,1 %, həcmi isə 69,3 % azalıb, ixrac olunan yüklərin isə dəyəri 8,5 %, həcmi 23,3 % artıb.