Yanvarın 7-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Hərraclar Dövlət Xidmətinin Abşeron, Salyan, Saatlı, Neftçala, Sabirabad, Ağdaş, Yevlax, Kürdəmir, Şəmkir, Qusar, Quba, Şabran, Beyləqan, Cəlilabad, Masallı, Ağsu, Şəki, Qax və Zaqatala ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 47 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.