Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 min 792,7 ton makaron məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.
Avqustun 1-nə ölkədə 127,7 ton hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, 7 ayda Azərbaycanda 3 milyard 13,3 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,6 % çoxdur.