Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13,4 milyard manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 % çoxdur.
İlin ilk üç ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 % artaraq 12,9 milyard manata bərabər olub, onun 46,1 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 444,7 manat və yaxud 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 62 manat çox vəsait xərcləyib.