Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 31 milyon 522 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 758,7 min dekalitr (1 il əvvələ nisbətən 17 % az), viski-konyak istehsalı 18,9 min dekalitr (17,4 % çox), üzüm şərabı istehsalı 501,6 min dekalitr (51,8% çox), pivə istehsalı 3 milyon 348,3 min dekalitr (9,8 % az), spirtsiz içki istehsalı isə 26 milyon 894,5 min dekalitr (10,9 % çox) təşkil edib.
Bu il sentyabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 384,9 min dekalitr, spirtsiz içki ehtiyatı isə 356 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 11,4 % və 46,3 % azdır.