Azərbaycanda dövlətə məxsus yun emalı müəssisəsi və kinoteatr özəlləşdirilib

Azərbaycanda yun tədarükü, emalı, yun saplarının hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” ASC özəlləşdirilib.

“Report” bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, müəssisənin səhmləri bu gün keçirilmiş özəlləşdirmə hərracında satılıb. Hərrac nəticəsində həmçinin Astara şəhərində yerləşən “Azərbaycan” kinoteatrı dövlətin balansından çıxıb.

Digər xəbərlər