Azərbaycanda aviasiya sahəsində tənzimləyici qurum istismarçının tələblərə riayət etmədiyini aşkarladıqda onun sertifikatının hüquqi qüvvəsini həmin pozuntular aradan qaldırılana qədər, lakin 90 gündən çox olmayan müddətə dayandıracaq.
“Report” xəbər verir ki, bu, "Aviasiya haqqında" yeni qanunun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, istismarçı sertifikatın qüvvəsi dayandırıldığı müddətdə aşkar olunmuş pozuntuları aradan qaldırmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatı ləğv edəcək.