Azərbaycanda 2 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 113 minə yaxın şəxs qəbul edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 754 şəxs qəbul edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 178 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 %-ni təşkil edib:

Yanvar-fevral aylarında vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.

Digər xəbərlər