Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 8,35 milyon ABŞ dolları dəyərində 2 min 818 ton pambıq toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 8,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % çoxdur) 2 min 813 ton (-5 %) və Yunanıstandan 17,29 min ABŞ dolları dəyərində 5 ton pambıq toxumu alınıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Yunanıstandan pambıq toxumunun tədarükünü bərpa edilib.