Orxan Məmmədov: "Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılması vacibdir"

"Azərbaycan və Ukrayna sahibkarları arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Biznes Şurasının yaradılması vacibdir".

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan: Qlobal çağırışlar zamanı iqtisadi əməkdaşlıq” mövzusunda onlayn konfransda deyib.

O, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Azərbaycan və Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müəssisələrin yaradılmasının önəmliyini qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Ukraynaya ixracı 171 mln ABŞ dolları, Ukraynanın Azərbaycana idxalı isə 146 mln ABŞ dolları təşkil edib. İki ölkə arasında ümumi ticarət dövriyyəsi 18% artaraq 318 mln ABŞ dolları olub. 

Digər xəbərlər