Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 37,109 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 5,049 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 0,7 % çoxdur.
9 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 9,2 % azalaraq 7,157 milyard ABŞ dollarına, sentyabr ayında isə 6,6 % azalaraq 0,872 milyard ABŞ dollarına düşüb.